ABŞ fond bazarlarında qarışıq mənzərə: Nasdaq gerilədi

1 Min Read

 

ABŞ fond indeksləri cümə axşamı ticarətini fərqli dinamika ilə başa vurub. Böyük texnologiya şirkətlərinin səhmlərindəki ucuzlaşma fonunda xüsusilə Nasdaq indeksində eniş qeydə alınıb.

ABŞ Ticarət Nazirliyinin məlumatına görə, ölkə iqtisadiyyatı ilin birinci rübündə illik ifadədə 2,1 faiz artıb. Bu, əvvəl açıqlanan 1,6 faizlik göstəricidən yüksəkdir.

May ayında ABŞ-də ev təsərrüfatlarının gəlirləri və xərcləri hər biri 0,7 faiz artıb. Əsas inflyasiya göstəricilərindən biri olan PCE Core indeksi isə aylıq 0,3 faiz, illik isə 3,4 faiz yüksəlib.

Əmək Nazirliyinin məlumatına əsasən, işsizlik müavinəti üçün ilk müraciətlərin sayı ötən həftə 215 minə düşüb.

Şirkət səhmləri arasında ən böyük artım Bio-Techne, Micron Technology və Acuity Brands-də müşahidə olunub.

Eyni zamanda Apple Inc., Amazon, Microsoft, Nvidia və Oracle Corporation səhmləri ucuzlaşıb.

Günün yekununda Dow Jones indeksi 0,14 faiz artaraq 51 920,62 bəndə yüksəlib. S&P 500 indeksi cüzi geriləyərək 7357,49 bənd, Nasdaq isə 0,46 faiz azalaraq 25 358,6 bənd səviyyəsində bağlanıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş