Vens: Tramp İrana qarşı məqsədləri genişləndirmək istəməyib

1 Min Read

ABŞ vitse-prezidenti J. D. Vance bildirib ki, Donald Trump administrasiyasının İrana qarşı hərbi əməliyyatların məqsədlərini genişləndirməməsi bəzi çevrələrdə narazılıq yaradıb.

Vens bunu İsveçrənin Bürgenstock bölgəsində Tehranla memorandumun icrası ilə bağlı aparılan danışıqları şərh edərkən deyib.

Onun sözlərinə görə, Trampın əsas məqsədi İranın ənənəvi silah potensialını zəiflətmək, güc nümayiş etdirmək imkanlarını məhdudlaşdırmaq və nüvə silahı əldə etməsinin qarşısını almaq olub.

Vens vurğulayıb ki, bəzi şəxslər daha geniş məqsədlər tələb etsə də, Tramp bu təzyiqlərə boyun əyməyib. O əlavə edib ki, proses hələ yekunlaşmasa da, indiyədək hər şey plan üzrə gedir.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş