Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari bildirib ki, ABŞ və İran Dohada memorandum üzrə dolayı danışıqlarda irəliləyiş əldə ediblər.
O, X sosial şəbəkəsində yazıb:
“Qətər və Pakistan nümayəndələri ilə ABŞ və İran nümayəndələri arasında bu gün Dohada keçirilən ayrı-ayrı görüşlər başa çatıb və bu görüşlər zamanı İslamabad Anlaşma Memorandumu ilə bağlı məsələlərdə müsbət irəliləyiş qeydə alınıb”.
Əl-Ənsari tərəflərin yaxın gələcəkdə müzakirələri davam etdirmək barədə razılığa gəldiyini vurğulayıb: növbəti görüş İranın keçmiş ali lideri Əli Xameneinin vida və dəfn mərasimlərindən sonra təyin olunacaq.
İzmedia.az
![]()

