Manaf Ağayevin saxlanılması xəbəri yayılıb

1 Min Read

Son zamanlar Manşet.az xəbər portalının baş redaktoru Əli Vəliyevlə sosial mediada mübahisələri yayılan müğənni Manaf Ağayevin polisə aparılması barədə məlumat yayılıb.

İzmedia.Az Gununsesi.info-a istinadan xəbər verir ki , yayılan məlumatlarda buna səbəb kimi kriminal aləmin nümayəndəsi kimi özünü təqdim edən şəxsin jurnalisti hədələməsi olub.

Məsələ ilə bağlıGununsesi.info–nun əməkdaşı Manaf Ağayevlə əlaqə saxlayıb.

Müğənni bildirib ki, onu Nərimanov Rayon Polis İdarəsinə dəvət ediblər:

”Məni saxlamayıblar. Zənglə dəvət ediblər, mən də gəlmişəm. Əliyə kimsə zəng edibsə, bunu mən bilmirəm. Deyirlər ki, guya balaca qardaşımdı. Evimizdə kiçik qardaş mənəm. Araşdırırlar, mən də çıxıram”.

Günay Mahirqızı

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş