Vaşinqton raket buraxılışından sonra Pekini silahlara nəzarət danışıqları aparmağa çağırır

1 Min Read

ABŞ Dövlət Departamentinin məlumatına görə, ABŞ Çin Xalq Respublikasının strateji sualtı qayıqdan buraxılan raketin sınaq buraxılışını izləyib və Pekini silahlara nəzarətlə bağlı əsaslı müzakirələrə çağırır.

ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda vurğulanır ki, “Biz Çini mənalı silah nəzarəti müzakirələrində iştirak etməyə və “nüvə beşliyi”nin bütün digər üzvlərinin götürdüyü öhdəliklərə uyğun olaraq bütün qitələrarası ballistik raket buraxılışları və kosmik buraxılışlar barədə müntəzəm olaraq hesabat verməyə çağırırıq”.

Dövlət Departamenti Vaşinqtonun “müttəfiqlər və tərəfdaşlar qarşısında müdafiə öhdəliklərinə sadiq qaldığına” əminlik verib.

Çin Müdafiə Nazirliyi dünən açıqladı ki, Çin Xalq Azadlıq Ordusu Hərbi Dəniz Qüvvələri planlaşdırılan hərbi təlimlər çərçivəsində Sakit Okeanda sualtı qayıqdan simulyasiya edilmiş döyüş başlığı olan strateji raketin sınaq buraxılışını uğurla həyata keçirib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov raket buraxılışını şərh edərkən bildirib ki, Çin strateji raketlərin sınaq buraxılışlarını aparmaq üçün suveren hüquqa malikdir.

Peskov bazar ertəsi jurnalistlərə bildirib ki, “Biz inanırıq ki, raketlərini sınaqdan keçirmək, hərbi tikinti ilə məşğul olmaq Çinin suveren hüququdur. Çin regiondakı heç bir dövləti, dünyanın heç bir ölkəsini təhdid etmir. Çin bizim böyük müttəfiqimiz və tərəfdaşımızdır”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş