Tramp İranın ABŞ ilə razılığa hazır olmadığını düşünür

1 Min Read

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Tehran hələ Vaşinqtonla razılığa hazır deyil və ABŞ-ın İrana qarşı hərbi əməliyyatları davam etdirməsi lazımdır.

“İran İslam Respublikasına qarşı çox yaxşı işlər görürük. Çox yaxşı işlər görürük. Onlar nəsə etmək (yəni, ABŞ ilə razılaşmaq) istəyirlər. Hələ hazır deyillər. İndiki ilə eyni şeyi istəyirlər, amma daha çox. Hələ hazır deyillər”, – deyə Amerika lideri Vaşinqtonda keçirilən tədbirdə bildirib.

Tramp əlavə edib ki, “Onların pis niyyətləri var. Biz onların nüvə silahı əldə etməsinə icazə verə bilmərik”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş