Kosta Rikanın mərkəzi Sakit okean sahillərində, San Lorento de Tarrasuda elm üçün yeni və ölkə üçün endemik olan ağac qurbağası növü aşkar edilib. AFP agentliyinin verdiyi məlumata görə, kəşf Kosta Rika Universiteti və Argentinanın Milli Elmi və Texniki Tədqiqatlar Şurasının mütəxəssisləri tərəfindən gerçəkləşdirilib.
Uzunluğu 4 santimetrdən az olan və ləkəli tünd yaşıl rəngdə olan bu kiçik amfibiyalar əsasən qəhvə plantasiyalarında yaşayır, gecə həyatı sürür və həşəratlarla qidalanırlar. Qeyri-rəsmi olaraq “qəhvə qurbağası” adlandırılan bu növ üçün kənd təsərrüfatında istifadə olunan pestisidlər və kimyəvi maddələr ciddi təhlükə yaradır.
İzmedia.az
![]()

