Rusiya tərəfi Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı Almaniya Federativ Respublikası (AFR) ilə heç bir rəsmi danışıqlar aparmayıb. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə müsahibəsində bildirib.
Nazir müavini qeyd edib ki, Berlinin aqressiv anti-Rusiya ritorikası və praktiki addımları fonunda rəsmi əlaqələrin olması ehtimalı azdır. Eyni zamanda diplomat əlavə edib ki, iki ölkənin müxtəlif ictimai strukturlarının nümayəndələri arasında qeyri-rəsmi görüşlər keçirilib və keçirilməkdədir.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Rusiya və AFR nümayəndələri arasında Ukrayna münaqişəsinin həlli ilə bağlı Bakıda təmasların baş tutduğunu bəyan etmişdi.
İzmedia.az
![]()

