Husilərin Səudiyyə Ərəbistanına hücumu: 7 nəfər həlak olub, 30 yaralı var

0 Min Read

“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, Yəmənli Husi üsyançılarının Səudiyyə Ərəbistanı ərazisinə təşkil etdiyi hücum nəticəsində 4-ü hərbçi olmaqla ümumilikdə 7 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, hədəf alınan nöqtələr Səudiyyə Ərəbistanı ordusunun dislokasiya olunduğu hərbi mövqelər və silah anbarları olub. İki tərəf arasında gərginlik yüksək həddə çataraq bölgədəki təhlükəsizlik risklərini daha da artırıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş