Rəsmi Moskva Nikol Paşinyana təxminən bir aylıq vaxt tanıyıb: ya Avropa İttifaqı (Aİ) ilə Avrasiya İttifaqı (Aİİ) arasında seçim edilməlidir, ya da sanksiyaların ikinci, daha sərt mərhələsinə başlanılacaq. Bu barədə “Hraparak” qəzeti hakimiyyətdəki mənbələrinə istinadən məlumat yayıb.
“Mənbələrimiz iqtisadi sanksiyalar və ixrac məhdudiyyətləri xaricində konkret olaraq nəyin nəzərdə tutulduğunu və nə gözləmək lazım olduğunu bilmirlər, onlar sadəcə qorxu ilə danışdıqları bir neçə pərakəndə misal gətiriblər. Birincisi, Putinin sərt şəkildə həll etməyi və onları öz ölkəsindən deportasiya etməyi planlaşdırdığı erməni əmək miqrantları məsələsidir. “Vətəndaş Müqaviləsi”ndəki mənbəmiz təsvir edib ki, 500 min soydaşımız Rusiyadan Ermənistana qayıdıb işsiz qalsa, həm onların, həm də ölkənin vəziyyətini təsəvvür etmək olar.
İkincisi, hava məkanının bağlanmasıdır. Yəni Ermənistana uçuşların dayandırılması turizmin tənəzzülünə, avtobiletlərin kəskin bahalaşmasına səbəb olacaq, texniki problemləri isə hələ demirik. Daha sonra qaz və digər məsələlərə keçə bilərlər”, – deyə nəşr qeyd edir.
İzmedia.az
![]()

