Türkiyə parlamentindən kürd üsyançıları üçün məhdud amnistiya QƏRARI

1 Min Read

Türkiyə parlamenti Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvləri üçün məhdud amnistiyanı nəzərdə tutan qanun qəbul edib.

BBC-nin məlumatına görə, sənəd minlərlə PKK üzvünün tərksilah edilməsi və cəmiyyətə yenidən inteqrasiyası mexanizmini müəyyənləşdirir.

Qanun layihəsinə əsasən, törədilən əməlin ağırlıq dərəcəsindən asılı olaraq, bəzi hökmlərin icrası dayandırılacaq və cari istintaq tədbirləri beş və ya on il müddətinə dondurulacaq. Bu cür güzəştlərdən yararlanan şəxslər yeni hüquqazidd əməllərə yol vermədikləri təqdirdə, onlara qarşı açılmış cinayət işlərinə xitam veriləcək, əvvəllər çıxarılmış məhkəmə hökmləri isə ləğv ediləcək.

Qeyd edək ki, qəbul edilən bu sənəd Ankaranın onilliklər boyu davam edən və on minlərlə insanın həyatına son qoyan kürd münaqişəsinə son qoymaq istiqamətində atdığı ilk rəsmi qanunvericilik addımıdır.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş