Avropa Komissiyası Ukraynanın hərbi ehtiyaclarının ödənilməsi məqsədilə Kiyevə 6,1 milyard avro həcmində yeni yardım paketi ayıracaq. “Deutsche Welle”nin (DW) məlumatına görə, bu barədə Ukraynanın Müstəqillik Günü münasibətilə Kiyevə səfər edən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bəyan edib.
Fon der Leyenin sözlərinə görə, ayrılan vəsait ölkənin hazırda kəskin ehtiyac duyduğu hərbi texnika və sursatların alınmasına yönəldiləcək:
-
Hava və raketdən müdafiə sistemləri
-
Raketlər və döyüş sursatları
-
Radar stansiyaları
Avropa Komissiyasının rəsmi saytında yer alan məlumata əsasən, bu ödəniş 2026–2027-ci illəri əhatə edən ümumi 90 milyard avroluq Ukrayna Dəstək Krediti (UASL) proqramının tərkib hissəsidir.
İzmedia.az
![]()

