İran Prezidenti Məsud Pezeşkian ölkəsinə qarşı tətbiq edilən xarici təzyiqlər və sanksiya siyasəti barədə danışarkən düşmən tərəfin əsas məqsədinin İranı çökdürmək olduğunu bildirib. “Mehr” agentliyinin məlumatına görə, ölkə rəhbəri İranın müqavimət göstərərək bu planları puça çıxardığını vurğulayıb.
Pezeşkian çıxışında aşağıdakı məqamları qeyd edib:
-
İflas ssenarisi: “Düşmənlər düşünürdülər ki, əgər İrana hücum edib təzyiqi artırsalar, İran Venesuelaya çevriləcək”.
-
Birlik və güc: “Lakin bu, nəinki baş vermədi, həm də İran öz möhkəmliyi və birliyi ilə dünyanı heyrətləndirən bir gücə çevrildi”.
İran dövlət başçısının sözlərinə görə, Tehrana karşı yürüdülən iqtisadi və siyasi blokada cəhdləri xalqın birliyi nəticəsində iflasa uğrayıb.
İzmedia.az
![]()

