Putin: “Ədalətli çoxqütblü dünya nizamının yaradılması prosesi dönməzdir”

1 Min Read
MOSCOW, RUSSIA - DECEMBER 14: Russian President Vladimir Putin attends annual special televised question-and-answer session and year-end news conference scheduled to take place at the Gostiny Dvor trade and exhibition centre in Moscow, Russia on December 14, 2023. (Photo by Sefa Karacan/Anadolu via Getty Images)
Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən “ŞƏT Plus” sammitində çıxış edərkən ədalətli çoxqütblü dünya nizamının formalaşmasının obyektiv və qarşısıalınmaz proses olduğunu bəyan edib.
Rusiya dövlət başçısı beynəlxalq münasibətlər sistemindəki köklü dəyişikliklərə diqqət çəkərək bildirib: “Biz burada yeni, tamamilə ədalətli, çoxqütblü dunya nizamının formalaşmasından danışırıq. Bu proses obyektiv və açığı, dönməz xarakter daşıyır ki, bu da artıq hər kəs üçün aydındır”.
Putin vurğulayıb ki, müasir mərhələdə daha çox sayıda dövlət beynəlxalq məsələlərin həllində fəal iştirak etməyə, öz müqəddəratını sərbəst təyin etməyə və milli, qanuni maraqlarını qətiyyətlə müdafiə etməyə çalışır.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illiyinə həsr olunmuş Zirvə Görüşü sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə Dövlət Başçıları Şurasının iclası ilə işinə başlayıb. Rəsmi sessiyadan sonra təşkilata müşahidəçi ölkələrin liderləri, dialoq tərəfdaşları və dəvət olunmuş qonaqların iştirakı ilə geniş tərkibli “ŞƏT Plus” görüşü keçirilib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş