CNN: ABŞ Generalı Den Keyn İranla müharibədən “çıxış yolu” axtarır

1 Min Read

CNN telekanalının mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn son həftələrdə İranla müharibədən çıxış yolu tapmaq üçün intensiv səylər göstərir. General hesab edir ki, hərbi gərginliyin daha da artması mənfi nəticələr doğura bilər və yalnız hava zərbələri prezident Donald Trampın bəyan etdiyi məqsədlərə çatmaq üçün kifayət etməyəcək.
Məlumata görə, Keyn bu məsələni MKİ direktoru Con Retkliff, dövlət katibi Marko Rubio və vitse-prezident C.D. Vens ilə müzakirə edib, habelə prezidentlə görüşlərdən əvvəl mövqeləri əlaqələndirmək üçün digər nüfuzlu müşavirlərlə məsləhətləşmələr keçirib. O, quru qoşunlarının İrana göndərilməsini nəzərdə tutmayan ssenarilər də daxil olmaqla, mövcud hərbi variantların risklərini və məhdudiyyətlərini administrasiyaya çatdırmağa çalışır.
ABŞ ordusunun yüksək dəqiqlikli raketlər və hava hücumundan müdafiə sistemləri üzrə sursat ehtiyatlarının “təhlükəli dərəcədə azaldığı” bildirilir. Münaqişənin başlamasından təxminən altı ay keçməsinə baxmayaraq, Keyn və digər rəsmilər diplomatik razılaşma imkanlarını saxlayaraq müharibənin bitməsini Vaşinqton üçün siyasi qələbə kimi təqdim edəcək variantlar, o cümlədən Hörmüz boğazının açılması kimi ilkin addımları nəzərdən keçirirlər.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş