ABŞ Prezidenti Donald Tramp yaxın köməkçilərinə yüklü məbləğdə Milad hədiyyələri təqdim edib. “The Guardian” nəşrinin administrasiyanın maliyyə bəyannamələrinə istinadən verdiyi məlumata görə, Prezidenti bütün tədbirlərdə müşayiət edən köməkçisi Natali Harp, ictimaiyyətlə əlaqələr üzrə müşavir Marqo Martin və Oval Kabinet əməliyyatları üzrə direktor müavini Çemberlen Harrisin hər birinə 45.000 dollar pul hədiyyəsi verilib. Oval Kabinetin əməliyyatlar üzrə direktoru Uolt Nautaya isə 20.000 dollar ayrılıb.
Hədiyyələr rəsmilərin illik maliyyə bəyannamələrində açıqlanıb. Ağ Evin Konqresə təqdim etdiyi hesabatlara əsasən, Harp, Martin və Harris ildə 150.000 dollar, Nauta isə 175.000 dollar məvacib alırlar.
Ağ Ev nümayəndəsi bildirib ki, bu cür hədiyyələr Trampın uzunillik ənənəsidir, onların rəsmi xidməti vəzifələrlə bağlılığı yoxdur və mövcud hüquqi-etk normalara tam uyğundur.
İzmedia.az
![]()

