Geo TV-nin verdiyi məlumata görə, Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində cümə namazı zamanı məscidin yaxınlığında baş verən partlayış nəticəsində ən azı 15 nəfər ölüb, 50 nəfər yaralanıb.
Telekanalın məlumatına görə, partlayıcı maddələrlə dolu avtomobil intiharçı tərəfindən idarə olunan “Polis Xəttləri” kompleksinin darvazalarına dəyib. Məscidin divarlarından biri uçub, xilasedicilər hadisə yerində işləyir. Polis əməkdaşları da daxil olmaqla yaralılar xəstəxanaya yerləşdirilib. Bir neçə nəfərin vəziyyəti son dərəcə ağırdır.
Partlayışdan sonra məscidin yaxınlığında polislə terrorçular arasında atışma baş verib. Daha sonra Xüsusi Təyinatlı Polis İdarəsinin binasının yaxınlığında ikinci partlayış baş verib.
İzmedia.az
![]()

