Avropa Komissiyası Ukraynanın “Ukraine Facility” proqramı çərçivəsində maliyyələşmənin davam etdirilməsi üçün tələb olunan iki vacib öhdəliyi icra etdiyini təsdiqləyib. Bununla da Kiyev ən azı 380 milyon avro məbləğində vəsaiti itirmək təhlükəsindən yayınmış olub.
Tamamlanan tədbirlərdən biri hakimlərin dürüstlük bəyannamələri haqqında qanunun qəbulu, ikincisi isə Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsində hakimlərin və işçi heyətinin sayının artırılması ilə bağlıdır. Hər iki islahatın icrası növbəti maliyyə tranşlarının ayrılması zamanı Avropa Komissiyası tərəfindən qiymətləndiriləcək.
Eyni zamanda, Ukraynada büdcə qıtlığı səbəbindən hökumət enerji sisteminin qışa hazırlanması üçün nəzərdə tutulan 39 milyard qrivna məbləğində kapital xərclərinin maliyyələşdirilməsini ilin sonuna qədər təxirə salmaq məcburiyyətində qalıb.
İzmedia.az
![]()

