Rusiya Kiyevin İES-lərinə zərbə endirib: İstilik mövsümünün pozulması gözlənilmir

1 Min Read
Oktyabrın 14-ə keçən gecə Rusiya ordusu Kiyevdə qış mövsümündə paytaxtın böyük hissəsini istiliklə təmin edən üç iri istilik elektrik stansiyasına (İES) və Kiyev vilayətindəki mühüm energetika obyektlərinə raket zərbələri endirib. Baş nazir Sergey Koretski hücumların həmçinin Xarkov vilayətindəki elektrik stansiyalarını da hədəf aldığını təsdiqləyib. Bununla belə, enerji üzrə ekspert Gennadi Ryabtsev “UNIAN”a bildirib ki, zərbələrə baxmayaraq, Kiyevdə noyabrın 1-dən başlanması planlaşdırılan istilik mövsümünün pozulması təhlükəsi yoxdur.
Ekspertin sözlərinə görə, düşmən hər obyektə bir neçə raket atsa da, əsas məqsədinə çata bilməyib və zədələnmələrə baxmayaraq enerji sisteminin fəaliyyəti davam edir. Ryabtsev vurğulayıb ki, hazırda Ukrayna enerji sistemində əsas problem elektrik enerjisinin istehsalı (generasiya) deyil, zədələnmiş ötürücü və paylayıcı şəbəkələr səbəbindən enerjinin lazımi nöqtələrə çatdırıla bilməməsidir. Bununla belə, “Razumkov Mərkəzi”nin ekspertləri xəbərdarlıq edirlər ki, qışda İES-lərlə bağlı ən həssas ərazilər Qoloseyevski, Peçerski, Dnepr, Darnitski və Solomyanski rayonları olacaq.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş