Xabarovsk şəhərinin Mərkəzi Rayon Məhkəməsi “Qrinvill” MMC-nin keçmiş direktorunu xüsusilə böyük miqyasda dələduzluqda təqsirli bilib. O, paylı tikinti (dolevoye stroitelstvo) iştirakçılarından 432 milyondan çox rubl mənimsəməkdə ittiham olunub.
İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs 2017–2020-ci illər arasında Xabarovsk vilayətinin Topolevo kəndində çoxmənzilli binaların tikintisi görüntüsü yaradıb. Vətəndaşlar mənzil alma ümidi ilə müqavilələr əsasında pul yatırıb, lakin iddialara görə, o, əvvəldən layihəni başa çatdırmaq niyyətində olmayıb.
Məhkəmə ona 4 il azadlıqdan məhrumetmə cəzası təyin etsə də, cəza şərti hesab edilib və 5 il sınaq müddəti müəyyən olunub. Bundan əlavə, 800 min rubl cərimə də tətbiq edilib. Qərar hələ qüvvəyə minməyib.
izmedia.az
![]()
