Husilər bir ayda üçüncü dəfə Səudiyyə Ərəbistanının paytaxtına raket hücumu təşkil edib

1 Min Read
Husi qüvvələri bu səhər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərini hədəf alıb. Bu, sentyabr ayının ortalarından bəri krallığın paytaxtına qarşı həyata keçirilən üçüncü oxşar hücum cəhdidir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası husilərə məxsus raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında zərərsizləşdirildiyini bildirib.
Bölgədə gərginliyin artması fonunda Səudiyyə Ərəbistanı və koalisiya qüvvələri paralel olaraq həm müdafiə, həm də hücum əməliyyatlarını davam etdirir. Ərəb koalisiyası bir tərəfdən krallığın hava məkanının təhlükəsizliyini təmin edir, digər tərəfdən isə Yəməndə başlayan “Yəmənin şəfəqi” əməliyyatı çərçivəsində Yəmən hökumət qüvvələrinə havadan dəstək verir. Koalisiya rəhbərliyi əməliyyatın ilk günündən etibarən 100-dən çox qırıcı təyyarənin iştirakı ilə husilərin strateji hədəflərinə sarsıdıcı zərbələr endirildiyini bəyan edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş