Fransada təhsil şəraitinin yaxşılaşdırılmasını, müəllim çatışmazlığının aradan qaldırılmasını və ağır tədris qrafikinin yüngülləşdirilməsini tələb edən orta məktəb şagirdləri və universitet tələbələri etiraz dalğasını genişləndirirlər. “Le Parisien” qəzetinin yaydığı məlumata görə, aksiya iştirakçıları Paris və ətraf bölgələrdə, eləcə də digər böyük şəhərlərdə təhsil müəssisələrinin fəaliyyətini bloklamaqda davam edirlər.
Bazar ertəsi günü Parisdə Katolik İnstitutu, Yeni Sorbon (Paris III) Universiteti, Latın Məhəlləsindəki tarixi Sorbon binası, Paris-Sit Universitetinin tibb fakültəsi və Elen-Buşe liseyinə girişlər etirazçılar tərəfindən bağlanıb. Tələbə blokadaları həmçinin Marseldəki Eks-Marsel Universiteti və Tulon Biznes İdarəetmə İnstitutunu da əhatə edib. Bəzi bölgələrdə gənclərlə hüquq-mühafizə orqanları arasında toqquşmalar qeydə alınıb. Məsələn, Merinyak şəhərindəki Fernan Dagen liseyi yaxınlığında polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib, etirazçılar isə fişənglər yandıraraq yollarda tonqallar çatblar. Təşkilatçılar tələbə və şagirdləri aksiyaları dayandırmamağa və oktyabrın 13-nə planlaşdırılan ölkəmiqyaslı kütləvi nümayişə qoşulmağa çağırırlar.
İzmedia.az
![]()

