Tramp: “ABŞ müharibəyə son qoymaq üçün Rusiya və Ukrayna ilə işləyir”

1 Min Read

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsini yekunlaşdırmaq istiqamətində hər iki tərəflə aktiv təmasları davam etdirdiyini bəyan edib. “Reuters” agentliyinin məlumatına görə, jurnalistlərə açıqlama verən Amerika lideri Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmadığını təsdiqləyərək, müharibənin tezliklə dayandırılmasının əsas prioritet olduğunu vurğulayıb.

Tramp bildirib ki, həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski münaqişəyə son qoymaq arzusundadırlar. Lakin tərəflər arasında illər ərzində yığılan dərin düşmənçilik və etimadsızlıq səbəbindən hər iki lider diplomatik razılığa gəlmək mexanizmlərini tapmaqda çətinlik çəkir. Vaşinqtonun vasitəçilik səylərini davam etdirəcəyini qeyd edən ABŞ Prezidenti, gərginliyə baxmayaraq tərəfləri sülh masasına gətirməyə çalışdıqlarını diqqətə çatdırıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş