Yeşilçamın cani Nihat Ziyalan dünyasını dəyişib

1 Min Read

Yeşilçam filmlərində canlandırdığı “pis adam” obrazı ilə yadda qalan aktyor, şair və yazıçı Nihat Ziyalan 90 yaşında dünyasını dəyişib.Avstraliyanın Sidney şəhərində yaşayan sənətçi xüsusilə “Sezercik Aslan Parçası” filmindəki Nedim obrazı ilə tanınıb.

 

Türkiyə kinosunun məşhur adlarından olan Nihat Ziyalandan üzücü xəbər gəlib. 1960-1970-ci illərdə rol aldığı filmlərlə tamaşaçıların yaddaşında yer tutan Ziyalan 90 yaşında dünyasını dəyişib.

 

Uzun illər Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin ölüm xəbərini şəhərdə nəşr olunan “Kaktüs Magazine” yayıb.

 

“Sezercik Aslan Parçası” filmi ilə yaddaşlara həkk olundu.

 

“Yeşilçam”da daha çox cani obrazları canlandıran Nihat Ziyalan “Sezercik Aslan Parçası” filmində canlandırdığı Nedim obrazı ilə də tanınırdı.

 

Karyerası boyunca Kadir İnanır, Hülya Koçyiğit, Ediz Hun, Lale Belkıs, Türkan Şoray, Fatma Girik və Selma Güneri kimi dövrün önəmli aktyorları ilə eyni filmlərdə rol alıb. Ziyalan 1966-cı ildə İstanbula gedərək kino aləminə qədəm qoyur.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş