Böyük Britaniyanın Baş naziri Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi danışıqlar zamanı rəsmi Londonun Kiyevə hərbi dəstəyi artıracağını və döyüş meydanı üçün yeni texnoloji həllər hazırlamağa davam edəcəyini bildirib. Britaniya hökumətinin rəsmi portalında dərc olunan bəyanatda vurğulanır ki, Britaniya tərəfi digər müttəfiqlər tərəfindən Ukraynaya təmin edilən hərbi texnika və avadanlıqların Britaniyanın innovativ texnologiyaları ilə inteqrasiya olunmasını təmin edəcək.
Böyük Britaniya hökumətinin rəhbəri həmçinin Ukraynaya uzaqmənzilli raketlərin tədarükünün davam etdiriləcəyini və digər tərəfdaş ölkələrin də Kiyevə hərbi dəstəyi genişləndirməsi istiqamətində diplomatik səylərin artırılacağını diqqətə çatdırıb. Bu addım Ukrayna ordusunun müdafiə qabiliyyətinin və cəbhədəki texnoloji üstünlüyünün gücləndirilməsinə hesablanıb.
İzmedia.az
![]()

