Kaliforniyada ‘milyarder vergisi’ təklifi rədd edildi

1 Min Read

ABŞ-ın Kaliforniya ştatında sərvətləri 1 milyard dolları keçənlərin mal-dövlətinə birdəfəlik 5 faiz vergi tətbiq edilməsini nəzərdə tutan qanun layihəsi seçicilər tərəfindən rədd edilib.

The New York Times (NYT) qəzetinin məlumatına görə, noyabrın 3-də keçirilən ara seçkilərdə əyalətdə səslərin təxminən 83 faizi hesablanıb.

izmedia.az xəbər verir ki, sözügedən qanun layihəsi 1 milyard dollardan çox sərvəti olan şəxslərin şəxsi aktivlərindən birdəfəlik 5 faiz vergi alınmasını və bundan təmin edilən resursların böyük hissəsinin səhiyyə xidmətlərinə yönəldilməsini nəzərdə tuturdu.

Hesab olunur ki, qanun layihəsinin rədd edilməsində milyarderlərin maliyyələşdirdiyi əks kampaniyalar həlledici rol oynayıb.

Xüsusilə, Google-un həmtəsisçisi Sergey Brin vergi təklifinin qarşısını almaq üçün 100 milyon dollardan çox ianə verdiyi bildirilib.Qeyd edilib ki, Brin başçılıq etdiyi qrup kampaniyanın cari maliyyə hesabatlarına görə il ərzində 300 milyon dollardan çox vəsait toplayıb.

Sözügedən sərvət vergisi təklifinin 2028-ci il prezident seçkiləri zamanı əsas gündəm maddələrindən biri olacağı gözlənilir.Kaliforniya qubernatoru Gavin Newsom daha əvvəl ölkə daxilində tətbiq olunacaq sərvət vergisinə müsbət yanaşdığını, ancaq tək bir ştatın sərhədləri daxilində tətbiq olunacaq tənzimləməni dəstəkləmədiyini bildirmişdi.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş