İsrailin atəşkəsə baxmayaraq hücumlarının davam etdiyi Qəzza zolağı, 3 ildən artıqdır davam edən blokada ilə bir çox humanitar dramlara səhnə olmaqda davam edir.Humanitar yardım və sığınacaq materiallarının ölkəyə girişinin məhdudlaşdırıldığı şəhərdə 9 aylıq körpə donaraq ölüb.
Atəşkəsə baxmayaraq İsrailin hücumları fasiləsiz davam edərkən, Qəzzalılar da ağır qış şərtləri ilə mübarizə aparır.Qəzzada 9 aylıq körpə donaraq ölüb.
izmedia.az xəbər verir ki, Əhməd Rəşid Kamil Eryik Xan Yunus şəhərinin Mevasi rayonunda yaşayır.Minlərlə qəzzalı kimi o da İsrailin hücumları nəticəsində evini itirdi.O, ailəsi ilə birlikdə müvəqqəti çadırlarda həyata tutunmağa çalışırdı.Bölgədə baş verən sel və daşqınlar qəzzalıların həyatını daha da çətinləşdirib.
Fələstinli ata səhər yuxudan duranda 9 aylıq körpəsinin göy rəngdə olduğunu və nəfəs ala bilmədiyini anlayıb.Körpə bölgənin ən böyük xəstəxanası olan Nasser Xəstəxanasına aparılıb.Eyni zamanda, bir gün əvvəl Nasir xəstəxanası İsrailin hədəfində olub.
Sağlamlıq qruplarının bütün müdaxiləsinə baxmayaraq, 9 aylıq Kənan adlı körpəni xilas etmək mümkün olmayıb.Həkimlər uşağın şiddətli soyuqdan hipotermiyadan öldüyünü bildiriblər.
![]()

