Düsseldorf şəhərinin mərkəzində iki tramvayın toqquşması nəticəsində 27 nəfər yaralanıb. Hadisə zamanı yaralananlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib.
Fövqəladə xidmət orqanlarının məlumatına görə, hadisə yerinə çox sayda təcili tibbi yardım briqadası göndərilib. Bundan əlavə, 28 nəfər ehtiyat məqsədilə tibbi müayinədən keçirilsə də, onlarda hər hansı xəsarət aşkarlanmayıb.
Rəsmilər qəza nəticəsində ölən olmadığını və yaralıların həyatının təhlükədə olmadığını açıqlayıblar.
Bildirilir ki, sərnişinlərin böyük əksəriyyəti zədələnmiş tramvaylardan öz imkanları ilə çıxıb və xüsusi xilasetmə əməliyyatına ehtiyac yaranmayıb.
Qəza səbəbindən şəhər mərkəzində tramvay reyslərində ciddi gecikmələr və marşrut dəyişiklikləri baş verib. Hadisə yerində polis və mütəxəssislər araşdırmalarını davam etdirirlər.
Hazırda qəzanın başvermə səbəbi araşdırılır.
izmedia.az
![]()
