Çinin Çunçin şəhərində güclü yağışlar nəticəsində üç nəfər ölüb. Bu barədə Sinxua agentliyi mayın 25-də mənbəyə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Çunçin şəhərinin Yonçuan rayonunda həddindən artıq güclü yağışlar qeydə alınıb və nəticədə üç nəfər həyatını itirib.
Qeyd olunur ki, Çunçin bələdiyyə və regional daşqın və quraqlığa nəzarət mərkəzləri hadisə yerinə 400-dən çox xilasetmə əməkdaşından ibarət qrup göndərib. Onların arasında ictimai təhlükəsizlik, təcili yardım və yanğınsöndürmə xidmətlərinin mütəxəssisləri də var.
Agentlik bildirir ki, hazırda ümumilikdə 168 nəfər təxliyə edilib, 82 nəfər isə yeni yaşayış məntəqələrinə köçürülüb. Xilasetmə əməliyyatları davam edir.
İzmedia.az
![]()

