İsrail ordusu (İDF) aprelin 16-da elan edilən atəşkəsdən bu yana təxminən 900 Hizbullah döyüşçüsünün öldürüldüyünü açıqlayıb.
İsrail Müdafiə Qüvvələri həmçinin bildirib ki, təkcə bu gün Livanın cənubunda onlarla hədəf vurulub.
İDF-nin Telegram kanalında yayılan açıqlamada qeyd olunub: “Ordunun Bofort silsiləsi bölgəsində əməliyyatlarının irəliləməsi ilə paralel olaraq, bu gün Tur bölgəsində və Cənubi Livanın digər hissələrində silah anbarları, əməliyyat komandanlıq məntəqələri və Hizbullahın digər infrastruktur obyektləri vurulub”.
İsrail tərəfinin iddiasına görə, zərbələr təşkilatın hərbi infrastrukturuna və komandanlıq strukturlarına yönəlib.
Eyni zamanda, Livan Səhiyyə Nazirliyi bildirib ki, 2026-cı il martın 2-dən İsrail və Hizbullah arasında davam edən münaqişə nəticəsində 3412 nəfər ölüb, daha 10269 nəfər yaralanıb.
İzmedia.az
![]()

