23 illik məhkəmə mübarizəsi: britaniyalı qadın keçmiş ərindən 6,6 milyon funt qazandı

Nərmin
1 Min Read

Böyük Britaniyada ölkə tarixinin ən uzun sürən boşanma proseslərindən biri başa çatıb. Tam 23 il davam edən məhkəmə çəkişməsindən sonra qadın keçmiş ərindən 6,6 milyon funt sterlinq təzminat almağa nail olub.

Məlumata görə, Varşa Qohil 2002-ci ildə həyat yoldaşı Bhadreş Qohildən boşanmaq üçün məhkəməyə müraciət edib. O, ərini xəyanətdə və qəbuledilməz davranışlarda ittiham edib. İlk mərhələdə qadın 270 min funt sterlinq və bir avtomobil qarşılığında razılaşmağa hazır olsa da, sonradan keçmiş ərinin milyonlarla funt dəyərində aktivlərini müxtəlif şirkətlər vasitəsilə gizlətdiyi üzə çıxıb.

Araşdırmalar nəticəsində Bhadreş Qohilin böyük maliyyə resurslarına sahib olduğu və aktivlərinin bir hissəsini gizlətdiyi müəyyən edilib. O, 2011-ci ildə çirkli pulların yuyulması ittihamı ilə 10 il azadlıqdan məhrum edilib.

Nəhayət, İngiltərə və Uels Apellyasiya Məhkəməsi qadının xeyrinə qərar çıxararaq keçmiş ərin sərbəst aktivləri hesabına 6,6 milyon funt sterlinq ödənilməsini qərara alıb. Məhkəmə bu qərarın yekun olduğunu və artıq şikayət verilə bilməyəcəyini bildirib.

Beləliklə, 61 yaşlı Varşa Qohil 23 il davam edən hüquqi mübarizədən sonra məqsədinə çatıb.

izmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş