İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) iyunun 3-də Suriyanın şimal-şərqində yerləşən Əl-Qamışlı şəhərində güclü partlayışın baş verdiyini açıqlayıb.
İİKK-nın Telegram kanalında yayılan məlumatda qeyd olunub ki, “Suriyanın Əl-Qamışlı şəhərində güclü partlayış baş verib”.
Partlayışın səbəbi və nəticələri barədə hələlik əlavə məlumat verilməyib.
Bununla yanaşı, “Mehr” xəbər agentliyi iyunun 3-də İranın Qeşm adası bölgəsində də partlayış baş verdiyini bildirib. Məlumata görə, hadisəyə ABŞ ordusunun endirdiyi zərbə səbəb olub.
Həmçinin xəbərdə qeyd edilir ki, İran ordusu Birləşmiş Ərəb Əmirliklərindəki bir neçə hərbi hava bazasına və Dubay hava limanının hərbi sektoruna zərbələr endirib.
Daha sonra Bəhreyn, Küveyt və BƏƏ-nin hava məkanının bağlandığı barədə məlumatlar yayılıb.
İzmedia.az
![]()

