Tramp: Amerikalı hərbçilər öldürülərsə, İranla atəşkəsə son qoyula bilər

1 Min Read

“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp köməkçilərinə bildirib ki, yalnız amerikalı hərbçilərin öldürüləcəyi təqdirdə İranla atəşkəsdən imtina etmək məsələsinə baxa bilər.

Qəzet ABŞ rəsmilərinə istinadən yazır ki, prezident şəxsi söhbətlərində köməkçilərinə Tehranın amerikalı hərbçiləri öldürəcəyi halda İranla atəşkəsə son qoyulması imkanının müzakirə oluna biləcəyini deyib.

“The Wall Street Journal”ın mənbələri vurğulayıblar ki, davam edən ayrı-ayrı toqquşmalara baxmayaraq, atəşkəs hələ də qüvvədə qalır.

Nəşr qeyd edir ki, Trampın hərbi əməliyyatları bərpa etmək istəməməsi onun Yaxın Şərqdə daha genişmiqyaslı münaqişənin qarşısını almaq məqsədilə həftələrlə, hətta aylarla davam edə biləcək məhdud insidentlərə dözməyə hazır olduğunu göstərir.

Çərşənbə axşamı Tramp İranla danışıqların indiyədək olan gedişatından razı qaldığını bildirib. O, Ağ Evdə jurnalistlərə açıqlamasında “Hər şey yaxşı gedir” deyib.

Mümkün sazişin imzalanması perspektivlərinə toxunan ABŞ prezidenti hadisələrin həm müsbət, həm də mənfi ssenari üzrə inkişaf edə biləcəyini istisna etməyib.

“Bəlkə də heç nə baş verməyəcək. Yaxud hər şey uğurla başa çatacaq və bu halda həftənin sonunadək nəticə əldə etmək şansımız var”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, İran “nəzəri baxımdan saziş imzalamağa yaxındır”.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş