Kanadanın Baş naziri Mark Karni Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib və iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə hazır olduğunu bildirib.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Mark Karni təbrik məktubunda Kanada ilə Ermənistan arasında tərəfdaşlığın dərinləşdirilməsi və hər iki ölkənin rifahının artırılması istiqamətində birgə fəaliyyətin davam etdirilməsində maraqlı olduğunu vurğulayıb.
Kanada hökumətinin başçısı qeyd edib ki, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün birgə işlərin davam etdirilməsini səbirsizliklə gözləyir.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib. İlkin nəticələrə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin əksəriyyətini qazanıb.
İzmedia.az
![]()

