İranda hicabsız çıxış edən müğənniyə 74 şallaq cəzası verilib

1 Min Read

   İranda müğənni Pərəstu Əhmədi və onun prodüser komandasının üzvləri hicabsız çıxış etdiklərinə görə 74 şallaq zərbəsi cəzasına məhkum ediliblər.

İzmedia.Az  Oxu.Az a istinadən xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb

2024-cü ilin dekabrında 29 yaşlı Əhmədi özünün “YouTube” kanalında canlı yayımda “Az Khoone Javanane Vatan” adlı vətənpərvərlik mahnısını ifa edib. İfa qısa müddətdə populyarlaşaraq milyonlarla baxış toplayıb, lakin sənətçi çıxış zamanı baş örtüyü taxmayıb.

Nəticədə o, şallaq cəzasına məhkum olunub. Qum əyalətinin məhkəməsi, həmçinin ictimai əxlaqı təhqir etdiyi əsası ilə ifaçıya iki il müddətinə ölkəni tərk etməyi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmağı qadağan edib. Yayımlanan video “bayağı və əxlaqsız məzmun” kimi qiymətləndirilib.

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş