ABŞ Senatı ABŞ prezidentinin İrana qarşı hərbi əməliyyatlarda hərbi gücdən istifadəsini məhdudlaşdırmağı nəzərdə tutan təşəbbüsü rədd edib.
Səsvermənin nəticələrinə əsasən, təşəbbüsün lehinə 47 senator, əleyhinə isə 50 senator səs verib. Respublikaçı senator Rend Pol bitərəf qalıb.
Bununla Senat prezidentin hərbi addımlarına qarşı tənqidi mövqeyini dayandırmış olub. Qərar, Donald Trumpın əvvəlki qətnaməyə dəstək verən senatorları sərt tənqid etməsindən sonra qəbul edilib.
Tramp özünün Truth Social hesabında səsvermənin nəticəsini şərh edərək respublikaçılara təşəkkür edib və bunu İrana açıq xəbərdarlıq adlandırıb.
O, həmçinin senatorlar Rend Pol və Bill Cassidynin mövqeyindəki dəyişiklikləri xüsusi qeyd edib.
Məlumata görə, bu, ilin əvvəlindən bəri Senatda İranla bağlı hərbi səlahiyyətlərin müzakirəyə çıxarıldığı 11-ci səsvermə olub.
İzmedia.az
![]()

