Rusiyanın TASS xəbər agentliyi ölkənin aviasiya sənayesindəki mənbəyə istinadən bildirib ki, Karakasdakı Simon Bolivar Beynəlxalq Hava Limanındakı üç uçuş-enmə zolağından biri iyulun 2-dək bağlı olacaq.
Agentliyin həmsöhbəti bildirib ki, “Asfalt örtüklü və uzunluğu 2500 metr olan üç uçuş-enmə zolağından biri iyulun 2-si günün sonuna qədər istismara veriləcək”.
O, belə bir qərarın zəlzələnin nəticələri ilə əlaqəli olduğunu qeyd etsə də, dəyən ziyanın miqyasını dəqiqləşdirməyib. Aeroportun digər iki uçuş-enmə zolağı asfalt-beton örtüklüdür və onların uzunluğu 2885 və 3500 metrdir.
Agentliyin həmsöhbəti həmçinin vurğulayıb ki, Simon Bolivar hava limanının sərnişin reyslərinin qəbulu və ya yola düşməsi baxımından işi hələ bərpa olunmayıb. Paytaxtdakı digər hava limanı olan Oskar Maçado Suloaga hava limanı bir neçə saat əvvəl təyyarələri qəbul etməyə başlayıb. Lakin hələlik bu, yalnız daxili uçuşlar həyata keçirən kiçik ümumi aviasiya təyyarələrinə aiddir.
İzmedia.az
![]()

