Reuters: Qətər vasitəçiləri ABŞ ilə gərginliyi azaltmaq üçün İranda danışıqlar aparırlar

1 Min Read

Reuters agentliyinin mənbəyə istinadən verdiyi məlumata görə, Qətər danışıqçıları Tehran və Vaşinqton arasındakı gərginliyi azaltmaq məqsədilə İran rəsmiləri ilə görüşlər keçirərək İrandadırlar.

Agentliyin məlumatına görə, məsləhətləşmələr ABŞ ilə əlaqələndirilərək keçirilir. Onların əsas məqsədi daha geniş dialoqun davam etdirilməsi üçün şərait yaratmaq və ABŞ-İran atəşkəs memorandumunun həyata keçirilməsini müzakirə etməkdir.

Reuters-in həmsöhbəti həmçinin bildirib ki, tərəflər son eskalasiyanın səbəblərini, o cümlədən Hörmüz boğazında naviqasiya azadlığının təmin edilməsi ilə bağlı fikir ayrılıqlarını müzakirə etmək niyyətindədirlər.

Bölgədə vəziyyətin gərginləşməsi 7 iyul gecəsi Hörmüz boğazından keçən kommersiya tankerlərinə hücumlardan sonra baş verib. Bundan sonra ABŞ İran ərazisinə bir sıra hücumlar həyata keçirib və Tehran buna cavab olaraq bölgədəki Amerika hərbi obyektlərinə hücum edib.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş