İran ABŞ-ın bölgədəki bütün infrastrukturunu məhv etməklə hədələyir

1 Min Read

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) nümayəndəsi ABŞ prezidenti Donald Trampın İran infrastrukturuna hücum təhdidləri gerçəkləşərsə, ölkənin silahlı qüvvələrinin bölgədəki Amerika hədəflərinə zərbə endirəcəyini açıqlayıb.

Ordunun mətbuat xidməti İranın Fars xəbər agentliyinin verdiyi açıqlamada bildirib ki, “Əgər ABŞ prezidentinin ABŞ ordusunun İran İslam Respublikasının infrastrukturuna zərbə endirməsi ilə bağlı son təhdidləri gerçəkləşərsə, İranın təmkinliliyi sayəsində toxunulmaz qalan hər şey, yəni regionun bütün infrastrukturu İslam Respublikası silahlı qüvvələrinin güclü zərbələri ilə elə məhv ediləcək ki, sanki heç vaxt mövcud olmayıbmış kimi, ondan əsər-əlamət qalmayacaq”.

Bəyanatın mətninə görə, Hörmüz boğazı İran üçün qırmızı xəttdir və ölkə ABŞ-ın onun idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək.

Tramp əvvəllər İranın infrastrukturunu məhv etməklə hədələmişdi, lakin razılığa gəlməyə hazır olduğunu bildirmişdi.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş