Tramp ABŞ-ın İran üzərində qələbəsini elan etdi

1 Min Read

ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, ABŞ ordusu İrana böyük zərbə endirəcək və bu hərəkətlərin nəticələri tezliklə görünəcək.

O, televiziya ilə vətəndaşlarına müraciətində bildirib ki, “Biz İran üzərində güclü bir qələbə qazanırıq. Onun nəticələri tezliklə görünəcək”.

Bundan əvvəl ABŞ İrana qarşı zərbələri bərpa etmişdi. Cümə axşamı İslam Respublikasına yenidən hücum edilib. Buşehr, Qeşm adası hərbi bazalarına, Hörmüz boğazı yaxınlığındakı Bəndər Abbas və Bəndər Xemir limanlarına zərbələr endirilib. Partlayışlar həmçinin ölkənin cənub-qərbindəki Əhvaz sənaye şəhərində və İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətindəki İranşəhr hava limanında da baş verib. İran dünən gecə Bəhreyndə ABŞ hərbi bazasına hücum edib və Küveyt ordusu İranın hava hücumunu dəf etdiyini açıqlayıb.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş