Tramp Britaniyanı “iflas fəlakəti” adlandırdı

1 Min Read

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanı “iflas fəlakəti” adlandırıb. Ağ Ev rəhbəri bu barədə özünün Truth Social səhifəsində yazıb.

Tramp Böyük Britaniyanın yeni təyin olunmuş Baş naziri vəzifəsini icra edən Endi Börnemin Şimal dənizi yataqlarında neft hasilatını artırmaq planlarını dəstəklədiyini bildirib. ABŞ prezidenti vurğulayıb ki, bu, dünyanın ən böyük yüksək keyfiyyətli neft mənbələrindən biridir, ehtiyatları yüz illər boyu davam edəcək və onun böyük bir hissəsi hələ də tədqiq olunmayıb. Trampın sözlərinə görə, Şimal dənizi nefti Britaniyanı “iflas fəlakətindən” dünyanın ən zəngin ölkələrindən birinə çevirəcək.

İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş