İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İordaniyada yerləşən ABŞ qoşunlarına ballistik raket hücumu həyata keçirdiyini bildirib. Bu barədə dövlət televiziyası IRIB məlumat yayıb.
İİKK-nın məlumatına görə, hava qüvvələri ABŞ-ın İordaniyadakı aviabazasına və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanlıq mərkəzinə bir neçə ballistik raket zərbəsi endirib.
“İran İslam Respublikasına qarşı təhdidlər və Amerika qüvvələrinin maraqlarımıza qarşı qanunsuz və zərərli hərəkətləri davam etdikcə, müqavimət davam edəcək”, – deyə İİKK-nın bəyanatında bildirilir.
“ABŞ rəsmilərinin təhdidləri və maraqlarımıza qarşı qanunsuz müdaxilələr dayandırılmalıdır”, – deyə İİKK vurğulayıb.
İzmedia.az
![]()

