NASA-nın Ames Tədqiqat Mərkəzinin keçmiş tədqiqatçısı və Albany Universitetinin (Nyu-York Dövlət Universiteti) astrofiziki Kevin Knut yadplanetli sivilizasiyaların Yerə gəliş ehtimalını kompüter simulyasiyası vasitəsilə modelləşdirib. “Popular Mechanics” nəşrinin məlumatına görə, alim ulduzlararası uçuşa qadir hipotetik sivilizasiyaların Samanyolu qalaktikasındakı yayılma dinamikasını təhlil edib.
Tədqiqat çərçivəsində kosmik gəmilərin sürəti, sivilizasiyaların mövcudluq müddəti, uçuş məsafələri və yeni ulduz sistemlərinin kolonizasiya imkanları nəzərə alınmaqla 10 milyon potensial sivilizasiyanın inkişafı simulyasiya edilib. Hesablamalara əsasən, ulduzlararası sivilizasiyanın Yerə çatması ehtimalı cəmi 0,000405% təşkil edir. Model göstərir ki, əgər belə bir səfər həqiqətən baş veribsə, bu, yaxın tarixdə deyil, təxminən 1,2 milyon il əvvəl reallaşa bilərdi.
Bununla yanaşı, Kevin Knut son dövrdə müşahidə olunan naməlum anomal hadisələrin (UAP / UFO) yerüstü mənşəli ola biləcəyi ehtimalını da irəli sürür. O, hərbi obyektlərin və nüvə infrastrukturlarının yaxınlığında qeydə alınan UAP müşahidələrinə istinad edərək, bu obyektlərin mənşəyinin dəqiq bilinmədiyini və elmi metodlarla əsaslı şəkildə öyrənilməsinin vacibliyini vurğulayır. Astrofizik bu sahədə UAPx layihəsi və ABŞ-ın Naməlum Anomal Hadisələrin Tədqiqi üzrə Elmi Məsləhət Şurası çərçivəsində tədqiqatlarını davam etdirir.
İzmedia.az
![]()

