İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ölkədə qeyd olunan Jurnalistlər Günü münasibətilə yayımladığı bəyanatda ABŞ prezidenti Donald Trampın İrana qarşı müharibədə məğlub olduğunu və Vaşinqtonun özünün qurduğu tələyə düşdüyünü bildirib. “Mehr” agentliyinin məlumatına görə, bəyanat 1998-ci ildə həlak olmuş iranlı jurnalist Mahmud Sareminin xatirə gününə həsr olunub.
Bəyanatda vurğulanır ki, ABŞ və İsrail genişmiqyaslı hərbi və informasiya hücumlarına baxmayaraq, İrana qarşı irəli sürdükləri məqsədlərə çata bilməyiblər. İİKK xarici media orqanlarının da artıq Vaşinqtonun uğursuzluğunu və Amerika hegemonluğunun zəiflədiyini etiraf etdiyini diqqətə çatdırıb.
Qurum elan olunmuş atəşkəsi “ABŞ-ın reallıqlara və İranın danışıqlar gücünə təslim olması” kimi qiymətləndirib. Eyni zamanda, hərbi əməliyyatları çətin şəraitdə işıqlandıran və dezinformasiya ilə mübarizə aparan jurnalistlərin fəaliyyəti xüsusi yüksək dəyərləndirilib.
İzmedia.az
![]()

