İİKK komandanı: “İran qüvvələri dünyanın ən silahlı ordusunu diz çökdürdü”

1 Min Read
İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı general-mayor Əhməd Vəhidi altı aydır davam edən döyüşlərdə İran silahlı qüvvələrinin göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib. “Tasnim” agentliyinin məlumatına görə, o, İran qüvvələrinin “dünya tarixində ən silahlı ordunu” diz çökdürməyi bacardığını bəyan edib.
İran Silahlı Qüvvələrinə, polisə, Bəsic və kəşfiyyat heyətinə müraciət edən Vəhidi onların çətin iqlim şəraitində — cənubun şiddətli istisindən şimal sərhədlərinin şaxtasına qədər — effektiv hücum və müdafiə əməliyyatları apardıqlarını vurğulayıb. İİKK rəhbəri yeni döyüş metodları sayəsində düşmənə öz iradələrini tətbiq etdiklərini və xalqın dəstəyi ilə Fələstin və Livan da daxil olmaqla regiondakı əzablara son qoyulacağını qeyd edib.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş