Hindistanın ən böyük konqlomeratı “Reliance Industries” Britaniyanın “Rolls-Royce” şirkəti ilə birgə Hindistanda beşinci nəsil “AMCA” döyüş təyyarələri üçün mühərrik istehsalı barədə razılıq əldə edib. Bu müqavilə ilə milyarder Mukeş Ambaninin şirkəti ilk dəfə hərbi aviasiya bazarına daxil olur.
Tərəfdaşlıq çərçivəsində mühərriklərin layihələndirilməsi, sınağı, istehsalı və texniki xidmətini birləşdirən ixtisaslaşmış aerokosmik kompleksin yaradılması planlaşdırılır. “Reliance” rəhbərliyi layihənin Hindistanın strateji müstəqilliyini təmin edəcəyini, “Rolls-Royce” isə bu addımın ölkədə özünü təmin edən aerokosmik sənayenin qurulmasında mühüm mərhələ olduğunu bildirib.
Qeyd edək ki, yerli mühərrik istehsalı Hindistan hərbi aviasiyasının inkişafında əsas maneələrdən biridir və ölkə bu sahədə xarici asılılığı aradan qaldırmağı hədəfləyir.
İzmedia.az
![]()

