BBC-nin məlumatına görə, Fransanın Konstitusiya Şurası 15 yaşdan kiçik şəxslərin sosial mediadan istifadəsini qadağan edən qanunu ləğv edib. Şura bu məhdudiyyəti ifadə və ünsiyyət azadlığının pozulması kimi qiymətləndirərək, qanunun müvafiq maddəsinin “nə uyğun, nə zəruri, nə də mütənasib” olduğu qənaətinə gəlib. Həmçinin yaşın təsdiqlənməsi Mexanizminin lazımi hüquqi təminat yaratmadığı bildirilib.
İyul ayında parlament tərəfindən qəbul edilən və sentyabr ayından mərhələli tətbiqi planlaşdırılan qanun ləğv olunduqdan sonra Prezident Emmanuel Makron Baş nazir Sebastyan Lekornuya yeni qanun layihəsi hazırlamağı tapşırıb. Yelisey Sarayı islahatın 2027-ci ilin əvvəlinə qədər həyata keçirilməsinin hədəfləndiyini açıqlayıb. Qeyd edək ki, analoji məhdudiyyətlər Avstraliyada artıq tətbiq olunub, Aİ və Böyük Britaniyada isə oxşar təşəbbüslər müzakirə edilir.
İzmedia.az
![]()

