Moskva meri Sergey Sobyanin bildirib ki, gecə saatlarından başlayaraq Rusiya paytaxtı istiqamətində uçan 15 pilotsuz uçuş aparatı (PUA) məhv edilib. PUA-ların Moskva vaxtı ilə saat 3:00, 5:00 və 7:15 radələrində mərhələli şəkildə zərərsizləşdirildiyi bildirilir.
Mer dronların dəqiq harada vurulduğu və dağıntıların olub-olmaması barədə detalları açıklamayıb. Hücumlar səbəbindən “Vnukovo”, “Domodedovo” və “Jukovski” hava limanları gecə saatlarında uçuşları müvəqqəti məhdudlaşdırsa da, hazırda fəaliyyətlərini normal rejimdə davam etdirirlər.
İzmedia.az
![]()

