Yaponiyanın Rusiyadakı səfiri XİN-ə çağırılıb: Moskvadan Kuril adaları ilə bağlı sərt xəbərdarlıq

1 Min Read
Avqustun 18-də Yaponiyanın Rusiyadakı səfiri Muto Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya XİN-in məlumatına görə, xarici işlər nazirinin müavini Qaluzin Yaponiyanın Baş naziri S.Takaiçi və xarici işlər naziri T.Moteqinin Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı verdikləri bəyanatlara görə səfirə sərt etirazını bildirib.
Moskva Cənubi Kuril adaları üzərində suverenliyinin toxunulmaz olduğunu vurğulayaraq, İkinci Dünya Müharibəsinin nəticələrinə uyğun olaraq bu ərazilərin Rusiyaya aid edildiyini qeyd edib. Tokio tərəfinin bu reallığı şübhə altına almaq cəhdləri qəbuledilməz adlandırılıb.
Həmçinin Yaponiyanın sanksiyalar siyasəti və Kiyevə dəstəyi fonunda, Rusiya tərəfi adekvat əks-tədbirlər görmək hüququnu özündə saxladığını diplomatın diqqətinə çatdırıb.
İzmedia.az

Loading

Bu xəbəri paylaş
Şərh edilməmiş