Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 6 438 nəfərə çatıb.
“Xinhua” agentliyinin hökumət məlumatlarına istinadən verdiyi xəbərə görə, bu göstərici ötən həftə ilə müqayisədə 137 nəfər çoxdur.
Aparılan qiymətləndirmələrə əsasən, baxış keçirilən bina və tikililərdən 34 680-nin yaşayış üçün təhlükəsiz və yararlı olduğu müəyyən edilib. Digər binaların bir hissəsinə giriş məhdudlaşdırılıb, minlərlə tikili isə yüksək riskli zona kimi təsnifatlaşdırılıb.
İzmedia.az
![]()

